Bayden ölkədə fövqəladə vəziyyətin müddətini uzadıb

Bayden ölkədə fövqəladə vəziyyətin müddətini uzadıb

Hazırda oxunan: Bayden ölkədə fövqəladə vəziyyətin müddətini uzadıb

154274

ABŞ Prezidenti Co Bayden 2001-ci il sentyabrın 11-də törədilmiş terror aktlarından sonra terrorizm ilə mübarizə ilə bağlı fövqəladə vəziyyətin müddətini daha bir il uzadıb.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Co Bayden bəyanatında izah edib ki, 11 sentyabr tarixli terror aktları ölkə üçün "daimi və birbaşa" təhlükə yaratmağa davam edən böhrana səbəb olub.

“Mən ölkədə mövcud olan terror təhdidi ilə bağlı 2001-ci il sentyabrın 14-də elan olunmuş fövqəladə vəziyyətin müddətini daha bir il uzadıram”, - deyə onun bəyanatında qeyd olunur. 
Xatırladaq ki, Birləşmiş Ştatlarda fövqəladə vəziyyət terrorçular təyyarələri ələ keçirəndən və onları Nyu-Yorkdakı Ümumdünya Ticarət Mərkəzinin qüllələrinə və Pentaqona yönəldəndən üç gün sonra tətbiq edilib. Daha bir təyyarə Pensilvaniya ştatında qəzaya uğrayıb. Ümumilikdə, terror aktları nəticəsində təqribən 3 min nəfər həlak olub.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO