Türkiyənin İstanbul şəhərində leysan yağışları nəticəsində Başakşehir Milli Kitabxanası su altında qalıb.
Bu barədə Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir.
Bildirilib ki, axşam saatlarında Başakşehir Milli Kitabxanası da sel suları ilə dolub. Qapılar bağlı olduğundan onlarla insan bellərinə çatan suda xilas olunmağı gözləyib.
Qeyd edək ki, ötən gecə İstanbulda leysan nəticəsində bir neçə küçəni su basıb. Güclü yağışlar nəticəsində xüsusilə Başakşehir rayonuna ziyan dəyib.
Bəzi yerlərdə suyun səviyyəsi o qədər qalxıb ki, maşınları yağış suları aparıb. Leysan yağışları nəticəsində iki nəfər həlak olub.
Bizim.Media