Türkiyədə mikroavtobus aşdı - 14 yaralı var

Türkiyədə mikroavtobus aşdı - 14 yaralı var

Hazırda oxunan: Türkiyədə mikroavtobus aşdı - 14 yaralı var

152556

Türkiyənin Van vilayətinin Gevaş rayonunda qəza olub.

Bizim.Media yerli KİV-ə istinadən xəbər verir ki, Atalan Məhəlləsində mikroavtobus təkərin partlaması nəticəsində yol kənarına aşıb. Nəticədə 2-si ağır olmaqla 14 nəfər yaralanıb.

Hadisə yerinə tibbi heyət, jandarma və Van Böyükşəhər Bələdiyyəsi Xilasetmə İdarəsinin qrupları cəlb edilib.
Yaralılar tibbi qrupların müdaxiləsindən sonra şəhərdəki xəstəxanalara aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO