ABŞ hərbçilərini daşıyan helikopter Avstraliyada qəzaya uğradı

ABŞ hərbçilərini daşıyan helikopter Avstraliyada qəzaya uğradı

Hazırda oxunan: ABŞ hərbçilərini daşıyan helikopter Avstraliyada qəzaya uğradı

152521

Göyərtəsində 20 ABŞ dəniz piyadasının olduğu hərbi helikopter Avstraliyanın Melvil adasının sahillərində qəzaya uğrayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Avstraliyanın Sky News telekanalı məlumat yayıb.
“Yerli vaxtla saat 11:00 radələrində “Osprey” vertolyotu təlim zamanı Melvil adası yaxınlığında qəzaya uğrayıb”, - məlumatda deyilir.

“Sky News Australia” nəşri yazır ki, bir neçə hərbçi xilas edilib. Bununla belə, ölənlər barədə məlumat yoxdur.

“İlkin məlumatlara görə, insident zamanı ABŞ Müdafiə Nazirliyinin əməkdaşları yaralanıb.

Göyərtədə Avstraliya hərbi qulluqçuları olmayıb" deyən Avstraliya Müdafiə Nazirliyi qeyd edib ki, hazırda Müdafiə Nazirliyi və fövqəladə hallar xidmətlərinin əməkdaşları insidentin operativ idarə olunmasına və iştirak edənlərin təhlükəsizliyinin təmin edilməsinə çalışırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO