Hindistan silahları artıq Ermənistandadır

Hindistan silahları artıq Ermənistandadır

Hazırda oxunan: Hindistan silahları artıq Ermənistandadır

152517

“Bir Cənubi Qafqaz ölkəsi  üçün qumbaraatanların iki modifikasiyası üçün hökumət sifarişi almışıq”.

Bizim.Media “Indian Defence Updates” YouTube kanalına istinadən xəbər verir ki, bu barədə informasiyanı Hindistanın “Munitions İndia Limited” silah şirkətinin sədri yayıb.

Sifarişçi ölkənin adı açıqlanmasa da, bunun böyük ehtimalla Ermənistanla bağlı olduğu vurğulanır.

Eyni zamanda Hindistanın digər silah şirkəti Bharat Forge bu ilin birinci rübündə müdafiə silahlarının rekord satışını, o cümlədən MArG özüyeriyən haubitsalarının, eləcə də ATAGS haubitsalarının Ermənistana tədarükü barədə məlumat verib. 

Qeyd olunur ki, sifarişin birinci yarısının çatdırılması artıq başa çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO