"Türkiyənin Çanaqqala bölgəsində meşə yanğınına qarşı mübarizə tədbirləri aramsız olaraq davam edir".
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya özünün "X" hesabında yazıb.
Onun sözlərinə görə, bölgəyə AFAD, Meşə İdarəsi, Türk Polis Təşkilatı, Jandarma, Milli Müdafiə Nazirliyi, bələdiyyələr və özəl idarələrdən ibarət 2 659 işçi cəlb olunub.
Həmçinin, yanğının söndürülməsinə 8 təyyarə, 26 helikopter, 240 ədəd suçiləyici, 71 su tankeri və 328 ədəd digər vasitələr cəlb edilib.
Rayonun 9 kəndində ümumilikdə 337 təsərrüfat və 1 251 nəfər ehtiyat tədbiri olaraq təxliyə edilib. O cümlədən, Sarıcaeli kəndinin qocalar evindən 72 vətəndaş təxliyə olunub. Onlar yataqxanaya yerləşdirilib.
Nazir vurğulayıb ki, Çanaqqala-Çan şosesi mülki nəqliyyat vasitələrinin hərəkəti üçün bağlıdır. Həmçinin, Çanaqqala boğazı ikitərəfli dəniz nəqliyyatı üçün bağlıdır.
#Canlı: Tarım ve Orman Bakanı Yumaklı, orman yangınlarına ilişkin açıklamalarda bulunuyor //t.co/ZpCR3OI9mh
— AA Canlı (@AACanli) August 22, 2023
Bizim.Media