Ukrayna ordusu yeni əraziləri geri qaytardı - ADLARI AÇIQLANMIR

Ukrayna ordusu yeni əraziləri geri qaytardı - ADLARI AÇIQLANMIR

Hazırda oxunan: Ukrayna ordusu yeni əraziləri geri qaytardı - ADLARI AÇIQLANMIR

150583

Ukraynanın “Tavriya” operativ-strateji qoşun qruplaşmasının komandiri, general Aleksandr Tarnavski avqustun 12-i şənbə günü geri alınan ərazilər barədə məlumat verib, lakin hələlik o ərazilərin adlarını açıqlamayıb.

Bizim.Media xəbər verir ki, bu barədə general sosial şəbəkədə yazıb.

"Tavriçesk istiqaməti. Geri alınmış ərazilər var. Müdafiə qüvvələri işləyir. Artilleriya bölmələrimiz gün ərzində 1303 atəş tapşırığını yerinə yetiriblər. Son 24 saat ərzində düşmənin öldürülən, yaralanan və əsir götürülən itkisi 242 nəfər (ölü - 80, yaralı - 162, əsir - 2) təşkil edib. Düşmənin 7 hərbi texnikası məhv edilib. O cümlədən, bir tank, iki zirehli döyüş maşını, iki artilleriya sistemi və minaatan, bir avtomobil və bir xüsusi texnika. Üç sursat anbarı da məhv edilib. Gəlin davam edək!”, - deyə o qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO