Bayden Putini

Bayden Putini "qatil" adlandırdı

Hazırda oxunan: Bayden Putini "qatil" adlandırdı

15053

ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putini "qatil" hesab edir. 

Bizim.Media xəbər verir ki, Ağ Evin sahibi bunu ABC News-a verdiyi müsahibəsində söyləyib.

Bir gün əvvəl ABŞ kəşfiyyatı 2020-ci il seçkilərinə xarici müdaxilə haqda gizli olmayan bir hesabat yayımlayıb. 

Hesabatda deyilir ki, Putin prezident Co Baydenin namizədliyinə qara yaxmaq üçün böyük səy göstərib.

Buna münasibət bildirən Bayden xatırladıb ki, o, yanvar ayının sonlarında telefon danışığı zamanı Putinə mümkün cavabı barədə "xəbərdarlıq" edib.

“Xeyli danışdıq ... Onu nisbətən yaxşı tanıyıram. Və söhbət belə başladı:

“Mən səni tanıyıram, sən də məni tanıyırsan. Baş verənlər sübuta yetirilsə, cavaba hazır olun”. ABŞ prezidenti Putinə şərt qoyub.

Jurnalistin “Deməli, Vladimir Putini tanıyırsınız. Onun bir qatil olduğunu düşünürsünüz?” sualına Bayden “Mmm, bəli” cavabını verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO