Rusiyanın Primorsk diyarında Spassk-Dalniy şəhərinin çaykənarı hissəsində suyun səviyyəsi sürətlə artdığından sakinlər təxliyə edilir.
Bizim.Media Rusiya teleqram kanallarına istinadən xəbər verir ki, Ussuriysk şəhərində daşqının qarşısını almaq üçün yaradılmış bənd uçub.
Qeyd edək ki, Rusiyanın Primorsk diyarının cənub sahilində güclü yağışlar səbəbindən 9-10 avqust tarixlərində doqquz rayonda fövqəladə rejim elan edilib.
Bizim.Media