Azərbaycan Ukraynaya minatəmizləmə maşınları VERƏCƏK 

Azərbaycan Ukraynaya minatəmizləmə maşınları VERƏCƏK 

Hazırda oxunan: Azərbaycan Ukraynaya minatəmizləmə maşınları VERƏCƏK 

150418

Azərbaycan Ukraynaya minatəmizləmə maşınları verəcək. 

Bizim.Media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müavini Boqdan Drapyatıy və Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında humanitar minatəmizləmə sahəsində təcrübə mübadiləsi məqsədilə gələcək təlimlərin təşkili ilə bağlı keçirilən görüşdə məlumat verilib. 

Tərəflər Ukraynanın humanitar minalardan təmizlənməsi və Azərbaycanın bu istiqamətdə yardımı məsələsini müzakirə ediblər. 

Səfir Mərdəliyev Ukraynaya yardım paketinin həcminin artdığını açıqlayıb. 

O əlavə edib ki, Bakı minalardan təmizləmə sahəsində ukraynalı mütəxəssislər üçün treninqlər keçirəcək ölkələrin siyahısına qoşulur. 

Bundan əlavə, Azərbaycan tərəfi Ukraynaya mexanikləşdirilmiş minatəmizləmə maşınının daxil olacağı yeni yardım paketini elan edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO