Rusiyanın paytaxtı Moskvaya dron hücumu olub.
Bizim.Media xəbər verir ki, bu barədə paytaxtın meri Sergey Sobyanin teleqramda bildirib.
Onun sözlərinə görə, iki zərbə PUA-sı şəhərə daxil olmağa cəhd edib.
“Hər ikisi HHM tərəfindən vurulub. Biri Domodedovo bölgəsində, digəri Minsk şosesi tərəfdə. Hazırda düşmüş qalıqlardan dolayı zərərçəkmişlər barədə məlumat yoxdur”, - mer diqqətə çatdırıb.
Bizim.Media