Yaxud İslam ölkəsinin lideri İslam Kərimovun xa0qəfil xəstələnməsinin İslam məntiqi ilə izahı”¦
Son günlər Özbəkistanın 25 illik prezidenti İslam Kərimov barədə ziddiyyətli məlumatlar səngimir. Onun gah ölməsi, gah da kritik durumda olması, yaxud ölümünün gizlədilməsi barədə müxtəlif informasiyalar dolaşır. Bütün hallarda ölkə başçısı idarəçilik qabiliyyətini itirib”¦

Özbəkistanın və qonşu müsəlman ölkələrinin xa0 mömin kəsimi indiyədək ölkəni faktiki olaraq “demokratiya”x9d qılaflı diktatura rejimi ilə idarə edən prezidentin qəflətən ağır beyin iflici keçirməsinin səbəblərini Quran, İslam məntiqi ilə xa0izah edirlər. Əlbəttə, doğrusunu Allah bilər”¦ Ancaq Moderator.az-ın Orta Asiya mediasına istinadla apardığı araşdırma ibrətamiz nəticələrə gətirib çıxarır”¦xa0

İslam Kərimovun xəstəxanaya yerləşdirilməsi xəbərindən cəmi 5 gün öncə Özbəkistanın və qonşu ölkələrin KİV-də rəsmi Daşkəndin xa0telekanal və mətbuatda Allah kəlamının işlənməsinə qadağa, bir növ senzura qoyması, hətta bu kəlamı işlədənlərə qarşı sərt cəza tətbiq ediləcəyi haqda xəbərlər yayılmışdı. Belə xəbərlərdən xa0birində deyilirdi:
“Özbəkistanda "Allah" sözünə senzura qoyulub. Televiziya aparıcılarının açıqlamalarına görə, "Allah" kəlməsinin efirdə səsləndirilməsinə görə cəza tətbiq olunacaq. Özbəkistanlı ağırlıq qaldıran Ruslan Nürəddinovun Rio Olimpiadısının qalibi olandan sonra "Allaha şükür olsun" sözləri canlı efirdən kəsilib. 2005 - 2013-ci illərdə bu ölkənin "Özbəkistan" telekanalında çalışmış, hazırda isə Qərb ölkələrinin birində yaşayan jurnalist Narzulla Axunjanov deyir ki, "Allah" ifadəsinin efirə buraxılmaması yeni qadağa deyil:

"Bir dəfə radio efirində xa0"Allahın mərhəməti ilə" cümləsinin istifadəsinə görə yayıma məsul şəxsi cəzalandırdılar. Ona töhmət verildi və növbəti dəfə bu "səhvin" təkrərlanacağı halda əmək müqaviləsinin pozulacağı ilə hədələdilər. Yadımdar ki, jurnalist rəhbərliyin bu qadağasına etiraz edərək bildirmişdi ki, özbəklərin 90 faizi bu ifadəni gündəlik həyatında işlədir. Lakin məsul şəxslər tapşırığın yuxarıdan gəldiyini bildirərək, onu yerinə yetirməyə məcbur olduqlarını bildirdilər..."

Jurnalist xa0qadağanın 2005-ci ildən, xüsusən ölkənin yeni prezidenti olacağı haqda məlumatlar səslənən Şövkət Mirziyayevanın baş nazir postuna gəlməsindən sonra xa0tətbiq olunduğunu və hazırda, ümumiyyətlə, xa0İslam dininə qarşı böyük kampaniya aparıldığını vurğulayıb.

Ənənəvi İslam dininin ardıcılları hesab edirlər ki, ölkənin birbaşa rəhbəri kimi prezident İslam Kərimovun müsəlman ölkəsində Yaradanın adına qadağa qoyulmasından xəbəri olmamış deyil. İslam Kərimova digər ciddi bir irad onun İslam ölkəsinin başında duraraq, xa0adında İslam adını, soyadında Allahın adlarından birini daşıyaraq haram nemətlərə, o cümlədən alkoqola meyilli olması göstərilir. Qeyd edək ki, Özbəkistan mediasında yayılmış bəzi məlumatlarda ölkə başçısının xəstələnməsinə məhz Braziliya olimpiadasından qayıtmış özbək idmançılarının qəbulu mərasimində həddindən artıq spirtli içki qəbul etməsinin səbəb olduğu vurğulanırdı.

Ümumiyyətlə, müsəlman ölkəsinin lideri kimi İslam Kərimovun İslama münasibəti, özünün ibadətdən tamamilə uzaq olması, ölkədə korrupsiya və məmur özbaşınalığına şərait yaratması, ailəsindəki anarxiya, qızı Gülnarə Kərimovanın oyunbazlıqları və xa0s. dindarların da kəskin etirazna səbəb olur. Odur ki, xa0regionun əsl müsəlmanları İslam Kərimovun gözlənilmədən ölkəni idarəetmə qabiliyyətini itirməsini Quran, İslam məntiqi ilə Allahdan ona hələ bu dünyada ikən verlən bir cəza kimi dəyərləndirirlər...
Sultan Laçın, moderator.az
































































































