Martın 16-dan Özbəkistanda karantin rejimi yenidən gücləndirilib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidməti yayıb.
Mənbə bildirir ki, Daşkənddə COVID-19-a yoluxma halı günbəgün artır. Sabahdan şəhərə maskasız çıxan adamlar 1,2 milyon sum (təxminən 115 dollar) dəyərində cərimə olunacaqlar.
Karantin rejimi bazarlarda və ticarət mərkəzlərində də gücləndirilib.
Daşkəndin Mirzə Uluqbek, Çilanzar və Yunusabad rayonlarında yoluxma sayı daha çox olduğundan bu rayonların bütün məktəbləri 14 gün müddətinə onlayn tədris sisteminə keçirilib.
Koronavirusla bağlı Xüsusi Respublika Komissiyasının yaydığı məlumata görə, bu ayın sonunadək paytaxtda epidemioloji vəziyyət sabitləşməsə aprelin 1-dən respublikada kütləvi tədbirlərin keçirilməsi qadağan ediləcək.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:23 / 17.03.2021
Karantin rejimi yenidən gücləndirilir - Özbəkistanda
Hazırda oxunan: Karantin rejimi yenidən gücləndirilir - Özbəkistanda
Hazırda oxunan: Karantin rejimi yenidən gücləndirilir - Özbəkistanda
14979
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.