Əfqanıstanda 5,2 bal gücündə zəlzələ oldu

Əfqanıstanda 5,2 bal gücündə zəlzələ oldu

Hazırda oxunan: Əfqanıstanda 5,2 bal gücündə zəlzələ oldu

149727

Əfqanıstanın Bədəxşan əyalətində dünən axşamdan bəri baş verən zəlzələlərdən sonra yenidən 5,2 bal gücündə zəlzələ olub.

Bizim.Media xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) yerli vaxtla saat 17:53-də baş verən 5,2 bal gücündə zəlzələnin episentrinin Bədəxşanın Curm rayonu olduğunu açıqlayıb.

Zəlzələnin 75 kilometr dərinlikdə baş verdiyi bildirilib.

Zəlzələlər qonşu Özbəkistan, Tacikistan və Pakistanda hiss olunsa da, Taliban administrasiyası hələ də dəymiş ziyanla bağlı açıqlama verməyib.

Qeyd edək ki, Əfqanıstanın şimal-şərqindəki Hindukuş dağlarında yerləşən Bədəxşanda zəlzələlər tez-tez baş verir.

2022-ci ilin iyununda Əfqanıstanın Pakistanla sərhəddəki Paktika əyalətində baş verən 5,9 bal gücündə zəlzələdə 1200 nəfər həyatını itirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO