Arayik Arutyunyan bu gün saat 20.30-da hansı açıqlamanı verəcək?

Arayik Arutyunyan bu gün saat 20.30-da hansı açıqlamanı verəcək?

Hazırda oxunan: Arayik Arutyunyan bu gün saat 20.30-da hansı açıqlamanı verəcək?

149701

Azərbaycanın Baş Prokurorluğu tərəfindən beynəlxalq axtarışa verilən qondarma rejimin “rəhbəri” Arayik Arutyunyan Qarabağdakı təhlükəsizlik və humanitar vəziyyət, onun nizamlanmasına yönələn məsələlər haqqında bu gün saat 20:30-da erməni mətbuatına müsahibə verəcək.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı rejimin “mətbuat katibi” Lusine Avanesyan yayıb.

Onun sözlərinə görə, müsahibə, həmçinin Arutyunyanın Facebook səhifəsində də yayımlanacaq:

“Arutyunyan daxili və xarici çağırışlardan danışacaq, son vaxtlar ictimaiyyət tərəfindən qaldırılan məsələlərə mümkün qədər açıq toxunacaq. Yaxın vaxtlarda o, gələcək addımları müzakirə etmək və müvafiq qərarlar qəbul etmək üçün siyasi dairələrlə məsləhətləşmələrə başlayacaq”.

Yeri gəlmişkən, Arayik Arutyunyanın verəcəyi açıqlamaların məğzindən, formasından asılı olmayaraq rəsmi Bakı verdiyi bəyanatlarda israrlıdır. Qarabağdakı erməni ordusunun qalıqları təcili tərksilah olunmalı və qanun qarşısında cavab verməlidirlər. Bölgədəki etnik ermənilərə isə humanitar yardım yalnız Ağdam-Xankəndi yolu ilə daşına bilər. Laçın yolu belə daşınmalar üçün birdəfəlik bağlanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO