Gürcüstanda 8 uşaq torpaq sürüşməsində itkin düşüb

Gürcüstanda 8 uşaq torpaq sürüşməsində itkin düşüb

Hazırda oxunan: Gürcüstanda 8 uşaq torpaq sürüşməsində itkin düşüb

149667

Gürcüstanın Şovi bələdiyyəsi ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində itkin düşənlərin axtarışları davam edir. Avqustun 5-də gecə saatlarında daha bir nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib. Bununla da təbii fəlakət qurbanlarının sayı 17-yə çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Mərkəzinin rəisi Teymuraz Mqrebişvili məlumat verib.

Bildirilib ki, 210 nəfər təxliyə olunub, 19 nəfərin axtarışları davam edir. İtkin düşmüş hesab olunan 19 nəfərdən 8-i uşaqlardır.

Axtarış-əməliyyat tədbirlərinə 400 xilasedici, 200 hərbçi və xüsusi texnika cəlb olunub.

Qeyd edək ki, təbii fəlakət zonası baş verən Şovi bələdiyyəsi dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşir. Torpaq sürüşməsi 50 hektar ərazini əhatə edib və palçığın hündürlüyü 5-6 metr təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO