Bolqarıstan və ABŞ birgə hərbi təlimlər keçirir

Bolqarıstan və ABŞ birgə hərbi təlimlər keçirir

Hazırda oxunan: Bolqarıstan və ABŞ birgə hərbi təlimlər keçirir

149591

Bolqarıstan Müdafiə Nazirliyi ölkəsinin ABŞ ilə birlikdə avqustun 20-dək davam edəcək "Trakya Yayı - 2023" hava qüvvələri təlimi keçirdiyini açıqlayıb.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Bolqarıstan Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlərə aşağı hündürlükdə taktiki uçuşlar, orta və aşağı hündürlükdə qrup uçuşları, paraşütlə hərəkətlər, terrorçu qrupların zərərsizləşdirilməsi, tibbi təxliyə kimi imitasiya hərəkətləri daxildir.

Təlim proqramı şəxsi heyətin yerdəyişməsi üçün avqustun 5-də uçuşların həyata keçirilməsini nəzərdə tutur. ABŞ Hərbi Hava Qüvvələrinə məxsus C-130 nəqliyyat təyyarələri avqustun 7-də Bolqarıstana eniş edəcək.
Birgə təlim çərçivəsində avqustun 8-dən 17-dək olan müddətdə Bolqarıstan Hərbi Hava Qüvvələrinə məxsus “Spartan” və ABŞ Hərbi Hava Qüvvələrinə məxsus C-130 təyyarələrinin gecə-gündüz uçuşları həyata keçiriləcək.

"Trakya Yayı - 2023" təlimləri artıq 15-ci ildir ki, Bolqarıstanda keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO