Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, fiziki şəxs Mustafayev Pərviz Vilayət oğlunun Ukraynadan idxal etdiyi “OL.KAR-AqroZooVet-Servis” şirkətinin istehsalı olan 1500 ədəd 100 ml-lik qablaşdırmada “Dezi sprey” baytarlıq preparatlarından nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.
Müayinələr nəticəsində nümunələrdə Ph göstəricisi üzrə uyğunsuzluq aşkar olunub. Nümunənin analiz sertifikatında Ph göstəricisi 3.5-6.0 qeyd edilsə də, müayinələrdə həmin göstərici 2.43 olub.
Aşkar edilmiş uyğunsuzluqla bağlı qanunvericiliyə uyğun qərar qəbul edilərək baytarlıq preparatları (1 dekabr 2022-ci il tarixli 122212 partiya nömrəli) “Təhlükəli tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
18:07 / 03.08.2023
Ukraynadan idxal olunan baytarlıq preparatında uyğunsuzluq AŞKARLANDI - FOTO
Hazırda oxunan: Ukraynadan idxal olunan baytarlıq preparatında uyğunsuzluq AŞKARLANDI - FOTO
Hazırda oxunan: Ukraynadan idxal olunan baytarlıq preparatında uyğunsuzluq AŞKARLANDI - FOTO
149346
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.