Türkiyənin TOGAN PUA-sının ilk ixracatı Afrikaya EDİLDİ 

Türkiyənin TOGAN PUA-sının ilk ixracatı Afrikaya EDİLDİ 

Hazırda oxunan: Türkiyənin TOGAN PUA-sının ilk ixracatı Afrikaya EDİLDİ 

149142

Türkiyənin Müdafiə Sənayesi daxilində hazırlanan TOGAN Pilotsuz Uçuş Aparatının (PUA) ilk ixracatı Afrikaya edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin hərbi saytı məlumat yayıb. 

Məlumata əsasən, PUA-nın əlavə ixracatı üçün bir neçə ölkə ilə danışıqlar davam edir. Qeyd edək ki, TOGAN ilk dəfə 2017-ci ildə Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF 2017) təqdim edilib və 2022-ci ildə Türkiyə Təhlükəsizlik Qüvvələrinin inventarına daxil edilib.

Müşahidə və kəşfiyyat missiyalarında istifadə üçün nəzərdə tutulan TOGAN unikal uçuş idarəetmə sistemi və missiya planlama proqramına malikdir. Havada missiyalarını dəyişdirə bilir, həmçinin, 30x optik böyütmə səviyyəli gündüz və infraqırmızı görüntü sistemləri ilə gecə-gündüz effektiv işləyir. Tək bir TOGAN platforması 10 kilometr məsafədə 45 dəqiqə işləyə bilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO