Milyonlarla dolları yerə basdıran nazir yaxalandı - FOTO

Milyonlarla dolları yerə basdıran nazir yaxalandı - FOTO

Hazırda oxunan: Milyonlarla dolları yerə basdıran nazir yaxalandı - FOTO

14878
 
Argentinada keçmiş  nazir  Jose Lopez, paytaxt Buenos - Ayresdə bir monastrın bağında yerə 8.5 milyon dollar basdırmaq istəyən zaman yaxalanıb.
 
Sfera.az Avropa.info-ya istinadən xəbər verir ki, bir vətəndaşın  gecə saatlarında monastırın divarlarından paketlər atdığını görməsi və polisə məlumat verməsi səbəbindən  həbs olunan Lopezin maşınında dollar, avro, yapon yeni və Qətər rialından ibarət 160 paketlə yanaşı  brilyantlar, bahalı saatlar və qanunsuz silahlar aşkar edilib.
 
Lopezin polisə rüşvət təklif etməsinin və bu cəhdinin uğursuz olmasından sonra pulları monastıra bağışlamaq üçün gətirdiyi, polis məmurlarının isə pulları oğurlamaq istədiyi də qeyd edilir. Keçmiş nazir özü isə polisə müqavimət göstərməyib və pulları monastıra bağışlamaq üçün gətirdiyini deyib.

Məsələylə bağlı açıqlama verən Argentina dövlət başçısı Mauricio Macri isə hadisəni biabırçılıq adlandırıb.
 
"Hamımız heyrət içindəyik. Dəyişirik və Argentinada kökünü kəsmək istədiyimiz bütün bu cür hadisələrin üzə çıxması  yaxşıdır" deyə Macri qeyd edib.
 
Keçmiş nazir milyonlarla dolları yerə basdırarkən yaxalandı - FOTO


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO