Altı ölkənin iştirak etdiyi təlimdə FACİƏ – Helikopter qəzaya uğradı – VİDEO  

Altı ölkənin iştirak etdiyi təlimdə FACİƏ – Helikopter qəzaya uğradı – VİDEO  

Hazırda oxunan: Altı ölkənin iştirak etdiyi təlimdə FACİƏ – Helikopter qəzaya uğradı – VİDEO  

148490

Məlum olduğu kimi, Sakit Okean ərazisində “Talisman Saber” əməliyyatı ad altında keçirilən çoxmillətli hərbi təlimləri zamanı bir Avstraliya hərbi helikopteri materikin şimal-şərqindəki Kvinslend sahillərində, Hamilton adasının yaxınlığında qəzaya uğrayıb.  

Bizim.Media “Reuters” agentliyinə istinadən xəbər verir ki, qəzadan dərhal sonra hərbi təlimlər dayandırılıb və axtarış-xilasetmə dəstələri yaradılıb.  

Axtarışlar bütün gecə davam edib.  

Hadisə ilə bağlı jurnalislərə açıqlama verən Avstraliyanın müdafiə naziri Riçart Marles, qəza nəticəsində helikopterin dörd ekipajının itkin düşdüyünü və bu barədə onların ailələrinə məlumat verildiyini bildirib.  

Həmin helikopterin Avropa istehsal edilən, orta ölçülü, çoxfunksiyalı və “MRH-90 Taipan” markalı olduğunu deyən nazir bildirib ki, bu, 2023-cü ildə baş verən ikinci qəzadır.  

Onun sözlərinə görə, mart ayında baş verən Cənubi Uels sahillərində baş verən qəzada tələfat olmayıb və eyni markalı helikopterdə olan 10 nəfərin hamısı xilas edildi.  

Avstraliya Müdafiə Qüvvələrinin rəisi Anqus Kampbell də jurnalistlərə açıqlamasında, hadisənin dəhşətli olduğunu söyləyib və qeyd edib ki, hazırda bütün diqqət ekipajın xilas edilməsinə yönəldilib. 

"Hazırda əsas diqqətimiz onları tapmaq, ailələrini və komandamızın qalan hissəsini dəstəkləməkdir” – deyə A.Kampbell vurğulayıb.  

Avstraliya mətbuatı yazır ki ki, avqustun 4-də başa çatmalı olan hərbi təlimlərin bundan sonra bərpa edilib-edilməyəcəyi hələlik bəlli deyil. 

Qeyd edək ki, “Talisman Saber” təlimlərində Avstraliya, ABŞ, həmçinin Yaponiya, Fransa, Almaniya və Cənubi Koreyadan olan 30 min hərbçi iştirak edir.  
 

Rövşən Ziya, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO