“Ukrayna Azərbaycanın Qarabağdakı ssenarisini tətbiq etməyə çalışacaq” – Rusiyalı ekspert Kiyevə mesaj göndərdi

“Ukrayna Azərbaycanın Qarabağdakı ssenarisini tətbiq etməyə çalışacaq” – Rusiyalı ekspert Kiyevə mesaj göndərdi

Hazırda oxunan: “Ukrayna Azərbaycanın Qarabağdakı ssenarisini tətbiq etməyə çalışacaq” – Rusiyalı ekspert Kiyevə mesaj göndərdi

14793

Hərbi ekspert və Rusiyanın Beynəlxalq Məsələlər Şurasının rəhbəri Andrey Kortunov Donbasdakı silahlı qarşıdurmanın başlanacağı variantından söz açıb. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumat “news-front.info” saytında yer alıb.

Ekspertin sözlərinə görə, danışıqlar prosesi artıq nəticə vermir, çünki Ukrayna Minsk razılaşmalarına əməl etmir:

“Kiyev son bir neçə ay ərzində Donbasın zorla ələ keçirilməsini müzakirə edir. Versiyalardan birinə görə, Ukrayna Azərbaycanın Dağlıq Qarabağdakı ssenarisini tətbiq etməyə çalışacaq”.

Kortunov hesab edir ki, Minsk prosesində irəliləyişin olmaması ucbatından vəziyyət daha da ağırlaşır:

“Hər iki tərəfin razılaşdığı anlaşmaların yerinə yetirilməməsi münaqişə təhlükəsinin artdığını təsdiqləyir. Digər problem Ukrayna Prezidenti Vladimir Zelenskinin siyasi məhvidir. O, əhalinin bütün təbəqələri üçün yaxşı olmağa çalışır, bu səbəbdən millətçilərin diktəsi ilə Donbası ən qısa müddətdə zorla ələ keçirmək düşüncəsi ilə yaşayır”.

“Donbasın rəsmi Kiyevin nəzarətinə keçməsi variantına təkan verən digər vacib amil ABŞ-da keçirilən prezident seçkilərində Co Baydenin qələbəsidir.

Demokratlar partiyasının nümayəndəsi həm Rusiyaya təzyiq edir, həm də Ukraynanın şərqindəki münaqişəni istənilən şəkildə həll etməyə can atır”, deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO