Ərdoğan:

Ərdoğan: "Bizim heç bir ölkə ilə həll olunmayan problemimiz yoxdur”

Hazırda oxunan: Ərdoğan: "Bizim heç bir ölkə ilə həll olunmayan problemimiz yoxdur”

147808

"Bizim heç bir ölkə ilə həll olunmayan problemimiz yoxdur. İnanırıq ki, dialoq və diplomatiyaya yer açılsa, anlaşılmazlıqlar aradan qalxacaq. Parlamentin açılışı ilə biz də üzərimizə düşəni edəcəyik. Son qərar qəbul edən orqan Türkiyə Böyük Millət Məclisidir". 

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində İsveçin NATO-ya üzvlük prosesi haqqında danışarkən bildirib. 

Türkiyə lideri deyib ki, ölkəsi bu prosesi son 21 ildə dəfələrlə həyata keçirib: 

"Biz maneəni keçdik. Bu gün də eyni uğura nail olmağımıza heç bir maneə yoxdur. Ümid edirəm ki, bu addımların müsbət nəticələrini tezliklə görəcəyik ki, bu da həm ölkəmizin, həm də Aİ-nin marağında olacaq". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO