Yunanıstanda meşə yanır: 19 min insan təxliyə edildi

Yunanıstanda meşə yanır: 19 min insan təxliyə edildi

Hazırda oxunan: Yunanıstanda meşə yanır: 19 min insan təxliyə edildi

147644

Yunanıstanın Rodos adasında 6 gündür davam edən meşə yanğını səbəbindən ümumilikdə 19 min insan təxliyə edilib.

Bizim.Media xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Alov sahilyanı ərazilərə çatdıqca çətin mübarizə davam edir. Çox sayda ev və hoteldə qalanlar təxliyə edilib.

Səlahiyyətlilər təxliyə edilənlərin hotellərə, qapalı stadionlara, konfrans mərkəzlərinə və məktəb binalarına yerləşdirildiyini və bunun Yunanıstanın həyata keçirdiyi ən böyük təxliyə əməliyyatı olduğunu bildirib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO