Türkiyədə hoteldə YANĞIN: 2 turist öldü, 12-si yaralandı - FOTO/VİDEO

Türkiyədə hoteldə YANĞIN: 2 turist öldü, 12-si yaralandı - FOTO/VİDEO

Hazırda oxunan: Türkiyədə hoteldə YANĞIN: 2 turist öldü, 12-si yaralandı - FOTO/VİDEO

147487

Antalyanın Muratpaşa rayonunda üçmərtəbəli butik hoteldə yanğın olub. 

Bizim.Media xəbər verir ki, bu barədə "Cumhuriyyet" məlumat yayıb. 

Bildirilib ki, yanğın gecə sat 03:30 radələrində baş verib. Hadisə nəticəsində 2 turist həyatını itirib. Onlardan birinin liviyalı qadın olduğu bildirilir. Həmçinin 2-si ağır olmaqla 12 nəfər yaralanıb. 

Yanğında xəsarət alanlar arasında Norveç, Danimarka və Niderlanddan olan turistlər də var.

Əraziyə xilasedicilər, yanğınsöndürənlər, polis, təcili tibbi yardım qrupları yönəldilib. Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.
 





Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO