Toivo Klaarın mandatı UZADILDI

Toivo Klaarın mandatı UZADILDI

Hazırda oxunan: Toivo Klaarın mandatı UZADILDI

147188

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaarın mandatı uzadılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə bu gün Aİ Şurası qərar qəbul edib. 

Klaarın mandatı daha bir il, 2024-cü il avqustun 31-ə qədər uzadılıb. 

Toivo Klaar 2017-ci il noyabrın 13-də Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə Aİ-nin Xüsusi Nümayəndəsi təyin edilib. Onun vəzifəsi regiondakı münaqişələrin sülh yolu ilə həllinə töhfə vermək, həmçinin Ermənistan, Azərbaycan və Gürcüstan və müvafiq olaraq bu qonşu ölkələr arasında regional əməkdaşlığı təşviq etməkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO