Bill Qeyts nişanlanıb? - FOTO

Bill Qeyts nişanlanıb? - FOTO

Hazırda oxunan: Bill Qeyts nişanlanıb? - FOTO

147126

60 yaşlı amerikalı milyarder, “Microsoft” korporasiyasının qurucusu Bill Qeytsin rəfiqəsi Paula Hard Nyu-Yorkda nişan üzüyünü xatırladan üzüklə peyda olub.

Bizim.Media xəbər verir ki, bu barədə Daily Mail qəzeti məlumat yayıb.

Cütlük Billin üç övladı (27 yaşlı Cennifer, 24 yaşlı Rori və 20 yaşlı Fibi) ilə birlikdə yüksək səviyyəli "Boucherie" restoranında yemək yeyərkən görüntülənib: 

Rəsmi olaraq Qeyts və Hard bu ilin fevralında görüşməyə başlayıblar, lakin münasibətləri barədə heç bir açıqlama vermirlər.

Onlar çox səyahət edirlər. Bu yaxınlarda Melburnda Avstraliya açıq turnirində və Aydahoda olublar.

Paula Hard "Oracle" şirkətinin keçmiş baş direktoru və prezidenti Mark Hardun dul arvadıdır. O, 62 yaşında ölüb və 500 milyon dollar mirası qalıb. Bill Geyts və Melinda Geyts 27 illik evlilikdən sonra 2021-ci ilin mayında boşandıqlarını elan ediblər.
Qeytsin sözçüsü üzüyün uzun müddətdir Paulada olduğunu və sahibinin nişanlı olduğuna dair sübut olmadığını iddia edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO