Rusiyanın 35 təşkilatına qarşı sanksiyalar tətbiq edildi

Rusiyanın 35 təşkilatına qarşı sanksiyalar tətbiq edildi

Hazırda oxunan: Rusiyanın 35 təşkilatına qarşı sanksiyalar tətbiq edildi

147097

Avstraliya hökuməti müdafiə, texnologiya və enerji sektorunda fəaliyyət göstərən Rusiyanın 35 təşkilatına, 10 Rusiya və Belarus vətəndaşına qarşı yeni sanksiyalar tətbiq edib.

Bizim.Media xəbər verir ki, bu barədə xarici işlər naziri Penni Vonq bildirib.

“Beynəlxalq tərəfdaşlarımızla sıx koordinasiya ilə alınan bu qərar Rusiyanın Ukraynaya təcavüzünü birbaşa və ya dolayısı ilə dəstəkləyən vətəndaşlara maksimum təzyiq göstərməlidir”, - deyən Penni Vonq Rusiya üçün böyük iqtisadi və strateji əhəmiyyətə malik müəssisələrin də sanksiyalara məruz qaldığını vurğulayıb.
Xarici siyasət idarəsinin rəhbərinin sözlərinə görə, yeni sanksiya siyahısına Rusiya silahlı qüvvələrini qabaqcıl texnologiyalar, elektronika və avadanlıqlarla təmin edən şirkətlər, nüvə enerjisi və Arktika resurslarının çıxarılması ilə məşğul olan təşkilatlar daxil edilib.

Bundan əlavə, Rusiyanın bir neçə rəsmi şəxsləri, eləcə də “Kalaşnikov” konserninin baş direktoru ilə bağlı maliyyə məhdudiyyətləri tətbiq olunub.

Qeyd edək ki, 2014-cü ilin martından Avstraliya hökuməti Rusiya əleyhinə 25-dən çox məhdudiyyət elan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO