“Alimlər xəbərdarlıq edir ki, süni intellektin inkişafı bəşəriyyətin yox olmasına gətirib çıxara bilər”.
Bizim.Media xəbər verir ki, bununla bağlı “The Week” jurnalında araşdırma məqaləsi dərc olunub.
MÖVZU İLƏ BAĞLI:
Süni intellektin inkişafı alimləri niyə qorxudur? – İlon Maskın çağırışının PƏRDƏARXASI
Həmin məqaləni təqdim edirik:
“Mütəxəssislər qorxurlar ki, süni intellekt insanlardan o qədər üstün intellekt və güc əldə edəcək o, muxtariyyətə çevriləcək, kütləvi sosial təlatümlərə səbəb olacaq. Bu vəziyyət hətta bəşəriyyətin məhvinə gətirib çıxara bilər.
Bu sahədə 350-dən çox tədqiqatçı və mühəndis süni intellektin pandemiya və nüvə müharibəsi riskləri ilə müqayisə edilə bilən risklər yaratdığı barədə xəbərdarlıq edib. Maraqlıdır ki, daha əvvəl, yəni 2022-ci ildə bu sahənin mütəxəssisləri arasında aparılan sorğuda, respondentlərin cəmi 10 faizi süni intellektin bəşəriyyətin məhvinə səbəb ola biləcəyini bildirib.
Bu nə vaxt baş verə bilər?
Əvvəllər təhlükənin 30 ildən tez baş verməyəcəyi bildirilirdi. Lakin süni intellekt o qədər sürətlə inkişaf edir ki, onlar artıq insanları üstələyə bilər. Süni intellektlə işləyən “ChatGPT” və “Bing” çatbotları artıq bar və həkim lisenziyası imtahanlarından keçə bilirlər.
Mütəxəssislər süni intellektin hər sahədə insanlardan üstün olacağından qorxurlar. Süni intellekt tədqiqatlarında çalışan alim Stüart Rassel qeyd edib ki, süni intellektin inkişafı nəticəsində dünyanı ələ keçirmək istəmələrindən başqa nəsə edə biləcəkləri ilə bağlı heç bir ehtimal yoxdur.
Bu proses necə ola bilər?
Süni intellektin yaradıcıları özləri ona əsaslanan proqramların hansı nəticələr doğurduğunu tam başa düşmürlər. Buna görə də, süni intellekt gözlənilməz və dağıdıcı yollarla verilən tapşırığa nail ola bilərlər. Süni intellekt təhlükəsi ilə bağlı kitabın müəllifi Tom Chivers, "O, tam olaraq istədiyinizi edir, amma bunu gözlədiyiniz şəkildə etmir", - deyə bildirib.
Bəs biz nə etməliyik?
Bu sual artıq mütəxəssislər və ictimai xadimlər arasında qızğın müzakirə obyektinə çevrilib. Radikal fatalistlər müvafiq tədqiqatların tamamilə dayandırılmasını, həm dövlət, həm də beynəlxalq ixtisaslaşmış tənzimləyici orqanların yaradılmasını tələb edirlər.
Süni intellektin bütün insan biliklərini birləşdirmək, qanunauyğunluqlar və yaradıcı həllər təklif etmək üçün heyrətamiz qabiliyyəti, çox güman ki, dünyaya xəstəliklərin müalicəsindən tutmuş iqlim dəyişikliyi ilə mübarizəyə qədər bir çox faydalar gətirəcək.
Lakin süni intellektdə qarşı çıxanlar hər şeyin təhlükə altında olduğunu deyirlər.
Aysu Allahverdiyeva, Bizim.Media