Bakıda Çin vətəndaşı həmyerlisini niyə öldürüb? – TƏFƏRRÜAT 

Bakıda Çin vətəndaşı həmyerlisini niyə öldürüb? – TƏFƏRRÜAT 

Hazırda oxunan: Bakıda Çin vətəndaşı həmyerlisini niyə öldürüb? – TƏFƏRRÜAT 

146991

Bakıda Çin vətəndaşının öz həmyerlisi tərəfindən qətlə yetirilməsinin bəzi təfərrüatı üzə çıxıb. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, 1983-cü il təvəllüdlü Yuan Tiangangın 48 yaşlı Pan Yuan Liangı qısqanclıq səbəbindən öldürməsi müəyyən edilib. 

Bildirilib ki, Bakıya işləmək məqsədilə gəlmiş Çin Xalq Respublikasının vətəndaşları Nizami rayonu Keşlə qəsəbəsi ərazisində yerləşən yataqxanada yaşayıblar. 40 yaşlı Yuan Tiangangın həyat yoldaşı da onlarla bir evdə qalırmış. İyulun 14-də Yuan Tiangang onunla eyni evdə yaşayan tanışı Panın onun arvadı ilə yaxınlıq etmək istədiyini öyrənib. O, əsəbi halda Panın baş nahiyəsinə dəmir parçası ilə zərbələr endirib. 

Hadisədən sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən Pan Yuan Liangı dindirmək mümkün olmayıb. 4 gün müddətində reanimasiyada qalan şəxs iyulun 18-də vəfat edib. 

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) cinayət işi istintaq edilir. 
Yuan Tiangang təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO