Getdikcə daha çox rus zabiti Rusiya Federasiyasının hərbi rəhbərliyindən narazılıqlarını ifadə edirlər. Tənqidlər müdafiə naziri Sergey Şoyqu və Rusiya Federasiyasının Baş Qərargah rəisi Valeri Gerasimova yönəlib.
Bizim.Media xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin gündəlik kəşfiyyat icmalında deyilir.
Britaniya kəşfiyyatı Zaporojye istiqamətində 58-ci işğalçı ordunun qüvvələrinə komandanlıq edən rus generalı İvan Popovun qovulması ilə bağlı vəziyyəti təhlil edib.
Kəşfiyyat məlumatlarına görə, Popov döyüş meydanında zəif nəticələrə görə deyil, Şoyqunu tənqid etdiyinə görə işdən çıxarılıb. Bu vəziyyət Rusiya ordusunun zabitləri arasında ciddi narazılıqdan xəbər verir.
Hesabatda deyilir: “Tabeliyində olanların birbaşa tənqidi müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi general Gerasimov üçün böyük problemə çevriləcək”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:53 / 15.07.2023
Britaniya KƏŞFİYYATI: “Rus zabitlərin Şoyqu və Gerasimovdan narazılığı artır”
Hazırda oxunan: Britaniya KƏŞFİYYATI: “Rus zabitlərin Şoyqu və Gerasimovdan narazılığı artır”
Hazırda oxunan: Britaniya KƏŞFİYYATI: “Rus zabitlərin Şoyqu və Gerasimovdan narazılığı artır”
146401
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.