Çeçenistan rəhbəri Ramzan Kadırov respublikaya rəhbərlik seçkilərində iştirak etməyi planlaşdırdığını açıqlayıb.
Bizim.Media xarici KİV-ə istinadla bildirir ki, Çeçenistan lideri regional hökumətin iclasında bu barədə deyib:
“Müddət bitdikdən sonra Allahın izni ilə mən yenidən seçkiyə gedəcəyəm və xalq seçsə, işimi davam etdirəcəyəm”.
Kadırov vətəndaşları onu “qovmaq” və yerinə başqa adam təyin etmək istədikləri barədə şayiələrə inanmamağa çağırıb. Siyasətçi onun yerində “heç kimin axtarılmadığını” və kiminsə axtarılmasına “zərurətə imkan verməyəcəyini” vurğulayıb.
Qeyd edək ki, Ramzan Kadırov 2007-ci ildən Çeçenistan Respublikasına rəhbərlik edir. 2021-ci ildə rəsmi rəqəmlərə görə, o, öz rekordunu qıraraq 99,7% səslə seçkilərdə qalib gəlib. Kadırovun səlahiyyət müddəti 2026-cı ildə başa çatır.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:33 / 15.07.2023
Kadırov yenidən Çeçenistan rəhbəri olmaq İSTƏYİR
Hazırda oxunan: Kadırov yenidən Çeçenistan rəhbəri olmaq İSTƏYİR
Hazırda oxunan: Kadırov yenidən Çeçenistan rəhbəri olmaq İSTƏYİR
146364
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.