Koçaryan Mərkəzi Seçki Komissiyasını məhkəməyə verdi

Koçaryan Mərkəzi Seçki Komissiyasını məhkəməyə verdi

Hazırda oxunan: Koçaryan Mərkəzi Seçki Komissiyasını məhkəməyə verdi

146321
Ermənistanın sabiq prezidenti Robert Koçaryanın lideri olduğu müxalif "Ermənistan" partiyası Mərkəzi Seçki Komissiyasına (MSK) qarşı məhkəmə iddiası qaldırıb.

Sfera.az erməni mediasına istinadən xəbər verir ki, blok məhkəmənin MSK-nın 19 iyun qərarını qismən etibarsız hesab etməsini və "Vətəndaş müqaviləsi" prtiyasına xəbərdarlıq etməsini tələb edib.

Xatırladaq ki, "Ermənistan” bloku 17 iyun tarixində MSK-ya müraciət edərək, seçki kampaniyası dövründə "Vətəndaş müqaviləsi” partiyasının inzibati resurslardan, xüsusən də çox sayda polis işçisindən, xidməti avtomobillərdən, mətbuat xidməti işçilərindən və hətta rəsmi "Facebook" səhifəsindən istifadə etdiyini bildirib.

İyunun 19-da MSK blokun şikayətini rədd edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO