Çində məhkəmə 25 şagirdini zəhərləyən və birini öldürən uşaq bağçası müəllimi Vanq Yunun edamını elan edib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Çinin Henan əyalətinin Jiaozuo məhkəməsi 2019-cu ildə 25 uşağı zəhərləyən keçmiş uşaq bağçası müəllimi Vanq Yunun edam edilməsini təsdiqləyib.
2019-cu ilin mart ayında Jiaozuo uşaq bağçalarından birində kütləvi qida zəhərlənməsi baş verib. Daha sonra müəllimin məktəbəqədər uşaqların sıyığına natrium nitrit əlavə etdiyi məlum olub.
Zəhərlənən uşaqlardan biri 10 aylıq müalicədən sonra dünyasını dəyişib. Bildirilib ki, cinayətin motivi bağçadakı həmkarı ilə münaqişə olub.
Belə ki, 40 yaşlı Van 2019-cu il martın 27-də Sun soyadlı həmkarı ilə “şagirdlərin idarə edilməsi” məsələsi ətrafında mübahisə edib.
Bundan sonra o, uşaqların sıyığına zəhərli natrium nitrit qatıb. Nəticədə uşaqlardan biri orqan çatışmazlığı səbəbindən həyatını itirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
00:02 / 15.07.2023
Çində şagirdlərini zəhərləyən müəllim edam EDİLDİ
Hazırda oxunan: Çində şagirdlərini zəhərləyən müəllim edam EDİLDİ
Hazırda oxunan: Çində şagirdlərini zəhərləyən müəllim edam EDİLDİ
146311
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.