Jennifer Lopez yenə TƏK qaldı – Sevgilisi başqa qızla görüşürmüş - FOTO

Jennifer Lopez yenə TƏK qaldı – Sevgilisi başqa qızla görüşürmüş - FOTO

Hazırda oxunan: Jennifer Lopez yenə TƏK qaldı – Sevgilisi başqa qızla görüşürmüş - FOTO

14623

Amerikalı müğənni və aktrisa Jennifer Lopez sevgilisi, keçmiş beysbol oyunçusu Alex Rodriguez ilə yollarını ayırıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “Page six” nəşri yayıb.

Mənbə yazır ki, ayrılma "Cənubi cazibə" realiti şousunun 30 yaşlı ulduzu Madison LeKroy ilə qalmaqalın fonunda baş verib. Məsələ burasındadır ki, həmkarlarından biri aktrisanın sevgilisi ilə eşq macərasından danışıb.

LeKroy özü bir il əvvəl beysbol oyunçusu ilə həqiqətən ünsiyyət qurduğunu etiraf edib. Nəticədə bu etiraf ayrılmaya səbəb olub.

Rodriguezin təmsilçiləri beysbol oyunçusunun LeKroyu tanımadığını və onu heç vaxt görmədiyini iddia edirlər. Lakin dedi-qoduları dayandırmaq olmur.

Bəzi tabloidlər cütlüyün artıq bizneslərini bölüşməyə başladıqlarını bildirib. Onlar sakitcə yollarını ayırmağı üstün tuturlar. Hüquqşünaslardan biri əmlak bölgüsünün ağrısız olacağını, çünki bərabər miqdarda yatırıldığını söyləyib.

Qeyd edək ki, Alex və J. Lo təxminən dörd il birlikdə idilər və iki il əvvəl beysbol oyunçusu müğənniyə evlilik təklifi edib.

Toy 2020-ci ildə keçirilməli idi, ancaq cütlüyün planları pandemiyaya görə pozulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO