Livan və Suriya erməniləri Qarabağdan qaçırlar

Livan və Suriya erməniləri Qarabağdan qaçırlar

Hazırda oxunan: Livan və Suriya erməniləri Qarabağdan qaçırlar

1460

Qarabağa köçürülən ermənilər bölgəni tərk etməyə başlayıb.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu ilin əvvəllərində Livandan Şuşaya köçürülən Livan ermənisi Toni Hacara ailəsi ilə birlikdə Qarabağı tərk edib.

Şuşada aşpaz işləyən Toni Hacara oktyabrın əvvəlində həyat yoldaşı və qızı ilə birlikdə Qarabağdan Yerevana gedib. O bildirib ki, Qarabağda yaşamaq təhlükəli və  mümkünsüzdür.

Yerevandan Qarabağa köçü planlaşdırılan daha 3 ailə Azərbaycan Ordusunun uğurlu əks-hücumları fonunda oraya gəlməkdən imtina edib. Onların Tufenkyan fondunun vasitəçiliyi ilə Qarabağa gətirilməsi planlaşdırılıb.

Paralel olaraq, 2015-ci ildən Qarabağa köçürülən və Qubadlı rayonunun artıq işğaldan azad olunmuş Xanlıq kəndinə köçürülmüş Suriya ermənisi, keçmiş hərbçi Hraç Qevorq da ailəsi ilə birgə Azərbaycan ərazilərini tərk edib.

Onun hazırda Gorus şəhərinə köçdüyü xəbər verilir. Beləliklə, 400-dən çox Suriya və Livan ermənisi də Qarabağı tərk edərək bölgədən qaçıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO