Ankaradan FETÖ açıqlaması: Yunanıstan onlar üçün sığınacaq oldu

Ankaradan FETÖ açıqlaması: Yunanıstan onlar üçün sığınacaq oldu

Hazırda oxunan: Ankaradan FETÖ açıqlaması: Yunanıstan onlar üçün sığınacaq oldu

14596

Yunanıstan Türkiyədə 2016-cı ilin iyulunda dövlət çevrilişi cəhdinə cavabdehlik daşıyan FETÖ-nün qaçmış üzvləri üçün sığınacaq olub.

Bizim.Media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hami Aksoy səsləndirib.

Onun sözlərinə görə, O, qeyd edib ki, FETÖ-nün Türkiyədən qaçmış üzvləri bu ölkədə sərbəst hərəkət edə bilirlər:

“FETÖ-dən başqa PKK/ PYD/YPG və DHKP-C (İnqilabçı Xalq Qurtuluş Partiyası - Cəbhəsi) terror təşkilatları da həmçinin Yunanıstanda fəaliyyət göstərir”.

Xatırladaq ki, Gülən hərəkatının (FETÖ) üzvü olan hərbi qulluqçulardan ibarət qrup 2016-cı il iyulun 15-dən 16-a keçən gecə ölkədə hakimiyyəti silahlı yolla ələ keçirməyə cəhd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO