Fransada müğənninin çıxışı Makronu təhqir etdiyinə görə ləğv edildi

Fransada müğənninin çıxışı Makronu təhqir etdiyinə görə ləğv edildi

Hazırda oxunan: Fransada müğənninin çıxışı Makronu təhqir etdiyinə görə ləğv edildi

145561

Lillətrafı (Fransanın şimalındakı Nor departamenti) qəsəbələrindən birinin rəhbərliyi Prezident Emmanuel Makrona qarşı zorakılıq çağırışları ilə bağlı istintaq altında olan müğənni İzia İjlenin 14 İyul - Milli Gün münasibətilə çıxışını ləğv edib.

Bizim.Media xəbər verir ki, bu barədə “La Voix du Nord” qəzeti məlumat yayıb.

Bələdiyyə orqanlarının qərarında qeyd edildiyi kimi, “ifaçının bayram konsertinə qatılması Milli Gün təcəssüm etdirən birlik dəyərlərinə zidd olardı”.

Qeyd edək ki, Dənizyanı Alp dağları departamentindəki əvvəlki konserti zamanı İzia İjlen tamaşaçılara Fransa liderinə qarşı fiziki zorakılıq çağırışı olan sözlərlə müraciət edib. Ədliyyə orqanları ifaçının dediklərinə hüquqi qiymət vermək niyyətindədir.
Xatırladaq ki, rəsmi Paris Milli Gün ərəfəsində gücləndirilmiş təhlükəsizlik tədbirləri görür. Bu, iyunun 27-də Əlcəzair əsilli 17 yaşlı sürücünün ölümündən sonra başlayan son iğtişaşlarla bağlıdır. O, Nanter yaxınlığındakı qəsəbədə yol patrulunun tələblərinə tabe olmaqdan imtina etdikdən sonra güllələnib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO