Braziliyada estafet mərhələlərinin birində Olimpiya məşəlini oğurlamağa cəhd göstəriblər.
“Daily Mail”x9d nəşrinin verdiyi xəbərə görə, hadisə San-Paulu ştatının Quarulyus şəhərində qeydə alınıb.xa0
Naməlum şəxs mühafizəçilərdən yayınaraq məşəli oğurlamağa cəhd göstərərkən saxlanılıb. İnsident zamanı bir polis əməkdaşının xəsarət aldığı bildirilir.
Qeyd edək ki, Olimpiya məşəli avqustun 5-də Rio-de-Janeyronun “Marakana”x9d stadionunda Oyunların açılış mərasimi zamanı yandırılacaq.(oxu.az)



































































































