Fransanın müstəmləkə siyasətinə məruz qalırıq - Luc Carole 

Fransanın müstəmləkə siyasətinə məruz qalırıq - Luc Carole 

Hazırda oxunan: Fransanın müstəmləkə siyasətinə məruz qalırıq - Luc Carole 

144927

"Biz hazırda Fransanın müstəmləkə siyasətinə məruz qalırıq". 

Bizim.Media xəbər verir ki, bu barədə “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusuna keçirilən tədbir zamanı Martinikin azadlığı partiyasının nümayəndəsi Luc Carole deyib. 

“Fransa dövlətinin strategiyası hansı ki, o yerli əhalini fransız əhalisi ilə əvəz etməkdir. Əvəz etmə isə soyqırımla həyata keçir. 

Kənd təsərrüfatında zəhərli maddədən istifadə nəticəsində Xalqımızın 92 faizi xərçəng xəstəliyinə tutulub. Fransa isə iddia edir ki, xərçəng xəstəliyi bizim genetikamızda var. Fransa demokratiyadan danışır, lakin dediklərini tətbiq etmir”,- deyə o əlavə edib. 

Qeyd edək ki, Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusuna həsr olunmuş tədbir keçirilir. 

Bakıda keçirilən görüşdə çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, neokolonializmi hələ də davam etdirən ölkələrdən biri Fransadır. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır.
Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etməlidir. 

"Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə yetirilib. Hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır.

Bu, utancverici və iyrənc hərəkətdir. Biz Fransa prezidenti Emmanuel Makrondan həmin qəhrəmanların qalıqlarını Əlcəzairə təhvil verməsini tələb edirik. 

Fransa öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməlidir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO