Bir neçə günder Şahzadə Harri ilə həyat yoldaşı Meqan Marklın müsahibələrindən ibarət reportaj dünya gündəmini zəbt edib. Senssasiyaya səbəb olan material yayımlandığı andan etibarən böyük səs-küy yaradıb.
Müsahibənin ən qalmaqallı açıqlaması isə cütlüyün kral ailəsini irqi ayrıseçkilikdə ittiham etməsi olub.
Bizim.Media bildirir ki, ötən gün Böyük Britaniyada məktəb açılışlarından birinə qatılan Şahzadə Uilyam sükuta son qoyaraq, məsələ ilə bağlı ona ünvanlanan sualı cavablandırıb:
“Reportajda deyilənlərlə bağlı hələ ki, Harri ilə danışmamışam. Amma bununla bağlı qardaşıma bir-iki kəlmə sözüm olacaq.
Sadəcə onu demək istəyirəm ki, biz kral ailəsi olaraq heç vaxt, heç kimə qarşı irqi ayrıseçkilik etməmişik” - deyə, Uilyam bildirib.(axsam.az)
Bizim.Media

- A-
- A
- A+
Dünya
03:10 / 12.03.2021
\"Qardaşıma bir-iki kəlimə sözüm olacaq\"- Şahzadə Uilyam
Hazırda oxunan: \"Qardaşıma bir-iki kəlimə sözüm olacaq\"- Şahzadə Uilyam
Hazırda oxunan: \"Qardaşıma bir-iki kəlimə sözüm olacaq\"- Şahzadə Uilyam
14475
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.