Fəxrəddin Altun: “Fransada azərbaycanlı jurnalistlərə mənfur hücumu qətiyyətlə pisləyirik” – FOTO

Fəxrəddin Altun: “Fransada azərbaycanlı jurnalistlərə mənfur hücumu qətiyyətlə pisləyirik” – FOTO

Hazırda oxunan: Fəxrəddin Altun: “Fransada azərbaycanlı jurnalistlərə mənfur hücumu qətiyyətlə pisləyirik” – FOTO

143824

“Fransada Azərbaycanın rəsmi dövlət televiziyası olan AZTV-nin əməkdaşlarının xidməti vəzifələrini yerinə yetirərkən hücuma məruz qaldıqlarını təəssüf hissi ilə öyrəndik”. 

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun özünün “Twitter” hesabında yazıb. 

“Avropanın insan hüquq və azadlıqlarının müdafiəsi kontekstində günü-gündən səlahiyyətərini itirdiyini ortaya qoyan mətbuat və məlumat azadlığına edilən bu mənfur hücumu qətiyyətlə pisləyirik. 

Fransa rəsmiləri və hüquq-mühafizə orqanlarının hücumun səbəbkarlarını dərhal müəyyənləşdirib məsuliyyətə cəlb edəcəyinə ümid edirik. Mən də Azərbaycan Prezidentinin köməkçisi, hörmətli qardaşım Hikmət Hacıyevə telefonla zəng vurub dedim ki, Türkiyə olaraq bu mənfur hücuma işıq salmaq üçün bütün imkanlarımızdan istifadə edəcəyik. 
Hücum nəticəsində yaralanan azərbaycanlı jurnalist qardaşlarımıza şəfa diləyir, bütün qardaş Azərbaycan xalqına onların adından ən xoş arzularımı çatdırıram”, - deyə Altun qeyd edib. 

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO