Fransanın Nanter şəhərində polis tərəfindən öldürülən yeniyetmənin xatirəsinə keçirilən “Ağ yürüş”ün iştirakçıları bəzi inzibati binaların şüşələrini sındırıblar.
Bizim.Media xəbər verir ki, nümayişçilər yürüşün keçirildiyi yol boyunca yerləşən kafe və mağazaların sahibləri tələsik pəncərələrini bağlayıblar, bir neçə avtomobili aşıraraq yandırıblar.
Hüquq-mühafizə orqanları etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.
Qeyd edək ki, Fransada 17 yaşlı sürücünün polis tərəfindən qətlə yetirilməsi Nanter şəhərində iğtişaşlara səbəb olub və sonradan digər kommunalara, Tuluza və Lion kimi böyük şəhərlərə yayılıb. Fransa prezidenti Emmanuel Makron vəziyyəti qiymətləndirmək üçün nazirlərlərarası komitənin təcili iclasını keçirib. Həmin gün Nazirlər Kabinetinin bütün üzvlərinə növbəti xəbərdarlığa qədər prioritet olmayan səyahətləri ləğv etmək əmri verilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:23 / 29.06.2023
Fransada iğtişaşlar DAVAM EDİR: Polis gözyaşardıcı qazdan istifadə edib - VİDEO
Hazırda oxunan: Fransada iğtişaşlar DAVAM EDİR: Polis gözyaşardıcı qazdan istifadə edib - VİDEO
Hazırda oxunan: Fransada iğtişaşlar DAVAM EDİR: Polis gözyaşardıcı qazdan istifadə edib - VİDEO
143817
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.