İsveçin Baş nazirindən “Quran”ın yandırılmasına dair icazəyə REAKSİYA 

İsveçin Baş nazirindən “Quran”ın yandırılmasına dair icazəyə REAKSİYA 

Hazırda oxunan: İsveçin Baş nazirindən “Quran”ın yandırılmasına dair icazəyə REAKSİYA 

143718

“İsveç polisinin “Quranı” yandırmaq icazəsi qanuni olsa da, yersizdir”. 

Bizim.Media “Reuters”ə istinadən xəbər verir ki, bu sözləri İsveçin Baş naziri Ulf Kristersson deyib. 

Eyni zamanda, o, bu hərəkətin İsveçin NATO-ya daxil olmasına təsiri ilə bağlı sualı cavablandırmaqdan imtina edib. Onun sözlərinə görə, indi sakit qalmaq və ölkənin uzunmüddətli perspektivləri haqqında düşünmək lazımdır. 

Xatırladaq ki, İsveç polisi Qurban bayramının ilk günündə məscid yaxınlığında “Quran”ın yandırılması aksiyasına icazə verib. Polis əvvəlcə nümayişçilərə icazə verməsə də, aksiya iştirakçıları məhkəməyə müraciət etdikdən sonra icazə alıblar. 
Qeyd edək ki, Stokholmda Qurban bayramının ilk günündə İraq əsilli şəxs tərəfindən “Quran” yandırılıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO