Antonio Sena adlı bir pilot Amazon meşələrinin dərinliyinə çırpılan təyyarədən xilas olmağı bacarıb.
Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, tək mühərrikli təyyarə ilə uçuş edən pilot təyyarənin mühərrikindəki nasazlıq nəticəsində təcili eniş edib və təyyarədən atılıb.
Daha sonra isə təyyarə yerə çırpılaraq yanmağa başlayıb. Təyyarənin radardan itdiyini görən səlahiyyətlilər hər yerdə Antonio Senanı axtarmağa başlayıblar.
Bir həftəlik axtarış və xilasetmə tədbirləri nəticəsiz qaldığı üçün səlahiyyətlilər pilotun öldüyünü düşünüblər.
36 gün yaşamaq üçün mübarizə aparan pilot meşədə bəzi bitki və quşların yumurtaları ilə qidalandığını bildirib. 36 gün sonra isə meşədə təsadüfən şabalıd toplayan bir qrupla qarşılaşıb və xilas edilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
01:58 / 11.03.2021
Təyyarə qəzasından sağ çıxdı - 36 gün meşədə sağ qalmaq üçün mübarizə apardı - FOTO
Hazırda oxunan: Təyyarə qəzasından sağ çıxdı - 36 gün meşədə sağ qalmaq üçün mübarizə apardı - FOTO
Hazırda oxunan: Təyyarə qəzasından sağ çıxdı - 36 gün meşədə sağ qalmaq üçün mübarizə apardı - FOTO
14364
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.