“Rusiyanın muzdlu “Vaqner” qrupunun lideri Yevgeni Priqojinin Belarusa getməsi Ukraynanı böyük təhlükə altında salıb”.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın keçmiş Baş Qərargah rəisi, komandir Riçard Dannatt deyib.
Dannatt bildirib ki, “Vaqner”in lideri Yevgeni Priqojinin Belarusa getməsi təhlükəlidir və onu yeni cəbhə kimi dəyərləndirmək lazımdır.
O, “Vaqner” liderinin Belarusdan Ukraynaya müharibə elan edə biləcəyini deyib:
“Ukrayna Belarus sərhədində çox diqqətli olmalıdır. Ukrayna prezidenti Vladimir Zelenski sərhədə qoşun yeritməlidir.
“Düşünürəm ki, bu iş bitməyib və onun təsirləri həm qısa, həm də uzunmüddətli perspektivdə davam edəcək” – deyə Dannatt bildirib.
Qeyd edək ki, iyunun 24-də ''Vaqner'' özəl hərbi təşkilatı Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib.
Daha sonra Priqojin qan tökülməsinin qarşısını almaq üçün "Vaqner"in geri çəkiləcəyini bildirib.
Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya hakimiyyəti ilə Priqojin arasında danışıqlara vasitəçilik edib. 24 saatlıq böhranın sonunda Rusiya və "Vaqner" razılığa gəldikdə Priqojin Belarusa gedib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:51 / 26.06.2023
“Priqojinin Belarusa səfəri Ukrayna üçün təhlükədir” - İngilis komandirindən XƏBƏRDARLIQ
Hazırda oxunan: “Priqojinin Belarusa səfəri Ukrayna üçün təhlükədir” - İngilis komandirindən XƏBƏRDARLIQ
Hazırda oxunan: “Priqojinin Belarusa səfəri Ukrayna üçün təhlükədir” - İngilis komandirindən XƏBƏRDARLIQ
143385
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.