''Vaqner'' özəl hərbi təşkilatının rəhbəri Yevgeniy Priqojin Rusiya prezidenti Vladimir Putinin xalqa müraciətində onları xəyanətdə ittiham etməsinə münasibət bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə teleqram kanallarında Priqojinin müraciəti yayılıb.
"Biz Putinə və "FSB"yə itaət etməyəcəyik. Biz vətənpərvərlərik, bizə qarşı olanlar isə zibilin ətrafına toplaşanlardır. Putin bizi xəyanətdə ittiham etməkdə yanılır. “Vaqner” bu ölkənin korrupsiya və bürokratiya içində yaşamasını istəmir” - Priqojin bildirib.
Qeyd edək ki, ''Vaqner'' hərbi təşkilatı gecə saatlarında Ukraynadakı mövqelərini tərk edərək Rusiya ərazisinə daxil olub. Təşkilatın rəhbəri Yevgeniy Priqojin bu addıma səbəb kimi ''Vaqner''in düşərgələrinə raket hücumunun həyata keçirilməsini göstərib. Priqojin hücumun Rusiya MN-nin bölmələri tərəfindən edildiyini yazıb. Rusiya MN isə bu iddianı təkzib edib.
Rusiya Baş Prokurorluğu tərəfindən Priqojinə silahlı üsyana təhrik maddəsi ilə cinayət işi açılıb. Bu gün səhər saatlarında isə Rostov şəhəri və Cənub Hərbi Dairəsi Qərargahı “vaqnerçi”lər tərəfindən ələ keçirilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:44 / 24.06.2023
Priqojindən növbəti AÇIQLAMA: "Putinə itaət etməyəcəyik" – VİDEO
Hazırda oxunan: Priqojindən növbəti AÇIQLAMA: "Putinə itaət etməyəcəyik" – VİDEO
Hazırda oxunan: Priqojindən növbəti AÇIQLAMA: "Putinə itaət etməyəcəyik" – VİDEO
143103
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.