Kanadanın Sahil Mühafizə Xidmətinin daha iki gəmisi “Titan” sualtı qayığının (batiskaf) axtarış zonasına yollanıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Atlantik okeanında itən mini sualtı qayığın axtarıldığı rayona (20 min kvadratkilometr) Kanadanın özəl kompaniyalarından birinə məxsus daha bir sualtı aparat da çatdırılacaq.
Nəticədə əməliyyata Kanada Sahil Mühafizə Xidməti və Hərbi Dəniz Qüvvələrinin beş gəmisi, o cümlədən barokamera və tibbi personala malik gəmi cəlb olunacaq.
ABŞ Sahil Mühafizə Xidmətinin məlumatına görə, sualtı qayıqda oksigen ehtiyatı bu gün mərkəzi Avropa vaxtı ilə saat 13:08-də bitməli idi. Lakin ekspertlərin fikrincə, bu təxmini ölçüdür və sərnişinlər oksigen ehtiyatlarının qənaəti ilə bağlı tədbir görmüş olsa, axtarış üçün daha çox vaxt qazanılmış olar.
Qeyd edək ki, "Titanik"in yaxınlığındakı axtarış zonasında pilotsuz sualtı maşının vasitəsilə "Titan" qayığının axtarışı zonasında naməlum qalıqlar aşkar edilib. Hazırda mütəxəssislər bu qalıqların nədən qaynaqlandığını öyrənməyə çalışırlar.
Xatırladaq ki, turistləri “Titanik” gəmisinin qəzaya uğradığı əraziyə çatdırmaq üçün ora üzən sualtı qayıq Atlantik okeanında yoxa çıxıb.
Sonradan məlum olub ki, qayığın göyərtəsində "Action Aviation" şirkətinin rəhbəri, britaniyalı milyarder Hemiş Hardinq və bu sualtı qayığa sahib olan "OceanGate Expeditions" şirkətinin yaradıcısı Stokton Raş var.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:56 / 22.06.2023
“Titan”nın axtarış zonasından naməlum qalıqlar aşkarlandı, Kanada əlavə vasitələr göndərdi
Hazırda oxunan: “Titan”nın axtarış zonasından naməlum qalıqlar aşkarlandı, Kanada əlavə vasitələr göndərdi
Hazırda oxunan: “Titan”nın axtarış zonasından naməlum qalıqlar aşkarlandı, Kanada əlavə vasitələr göndərdi
142820
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.