Ukraynanın birinci xanımı Yelena Zelenskaya təhlükəsizlik səbəbi ilə əri Volodimir Zelenski ilə bir evdə yaşamadığını deyib. Zelenskaya bildirib ki, o, “Rusiya raketlərinin bir gecədə hara düşdüyünü” öyrənmək üçün günə xəbərləri izləməklə başlayır.
Bizim.Media xəbər verir, Ukraynanın birinci xanımı bu barədə “The Jerusalem Post”a müsahibəsində danışıb.
O, gün ərzində ofisə baş çəkdiyini, məktəb yeməklərinin keyfiyyətinin yaxşılaşdırılması, məişət zorakılığı qurbanlarına kömək kimi layihələr üzərində işlədiyini, müsahibələr verdiyini, telefon və video zənglər etdiyini deyib.
Zelenskaya Ukrayna prezidentindən ayrı yaşadığını, hər gün iki övladının yanına döndüyünü, ərinin isə təhlükəsizliyi üçün ofisdə yatdığını bildirib.
"Əgər bəxtimiz gətirsə, nahar vaxtı ofisdə görüşürük" deyib.
"Hazırda heç birimiz istirahət edə və ya əylənə bilmərik", deyə o yekunlaşdırıb.
Bizim.Media
![Yelena Zelenskaya ərindən ayrı yaşadığını dedi: Yelena Zelenskaya ərindən ayrı yaşadığını dedi:](https://bizim.media/file/articles/2023/06/22/1687418496_msg586791117-44706.jpg)
- A-
- A
- A+
Dünya
11:20 / 22.06.2023
Yelena Zelenskaya ərindən ayrı yaşadığını dedi: "O, ofisdə yatır"
Hazırda oxunan: Yelena Zelenskaya ərindən ayrı yaşadığını dedi: "O, ofisdə yatır"
Hazırda oxunan: Yelena Zelenskaya ərindən ayrı yaşadığını dedi: "O, ofisdə yatır"
142697
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.