BMT-nin İnkişaf Proqramı Ukraynanın bərpasına 1 milyard dollar AYIRIR 

BMT-nin İnkişaf Proqramı Ukraynanın bərpasına 1 milyard dollar AYIRIR 

Hazırda oxunan: BMT-nin İnkişaf Proqramı Ukraynanın bərpasına 1 milyard dollar AYIRIR 

141975

BMT tərəfdaş ölkələrlə birgə  Ukraynaya 1 milyard dollar maddi yardım ayırmaq barədə razılığa gəlib. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin İnkişaf Proqramının (UNDP) rəhbəri Axim Ştayner Ukrayna Baş naziri Denis Şmıqalla görüşdə məlumat verib. 

Bildirilib ki, maddi vəsait müharibədən zərər görən Ukraynanın bərpasına xərclənəcək. 

Şmıqal özünün teleqram kanalında bildirib ki, görüş zamanı Ukraynanın sürətli yenidənqurma və humanitar minatəmizləmə ehtiyaclarından danışılıb. 

Şmıqal qeyd edib ki, söhbət zamanı köçürülən müəssisələrin, kiçik və orta biznesin dəstəklənməsi məsələsi qaldırılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO